Barselona bu tarixdən Nou Kamp da oynayacaq

15.04.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

"Barselona" sentyabrda doğma stadionu "Nou Kamp"a qayıdacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, stadionda tikinti işləri həmin vaxtadək  başa çatmalıdır. Stadionun yenidən qurulmasına 2022-ci ilin iyununda başlanılıb.

"Barselona" İspaniya çempionatının turnir cədvəlində birinci yerdədir. Hans-Diter Flick-in komandası 70 xala malikdir və "Real Madrid"i 4 xal qabaqlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью