Icma.az bildirir, Qol.az portalına istinadən.
"Barselona" bu transferi bitirmək üzrədir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Barselona" "Borussiya"nın (Dortmund) hücumçusu Kərim Adeyeminin transferi ilə bağlı razılıq əldə edib.
QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onun iddiasına görə, Kataloniya təmsilçisi Almaniya klubuna 22 milyon və bonuslar şəklində daha 7-9 milyon avro ödəyəcək. Dortmund klubu isə futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 35 faizini almaq hüququnu özündə saxlayacaq.
Bildirilib ki, Adeyemi "Barselona" ilə 5 illik müqavilə imzalayacaq. Almaniyalı hücumçunun illik maaşı 6 milyon avro təşkil edəcək.
Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə 34 oyuna çıxaraq 10 qol vurub və 6 məhsuldar ötürmə edib.