Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado yay transfer pəncərəsində komandadan ayrılacaq.
İdman.Biz-in “Marca”ya istinadən məlumatına görə, Kataloniya klubunun rəhbərliyi və oyunçu ortaqlıqlarına son qoymaq barədə qarşılıqlı qərara gəliblər.
“Barselona” 22 yaşlı yarımmüdafiəçi üçün 20 milyon avro ilə 25 milyon avro arasında pul almağı gözləyir. Oyunçu ilə maraqlanan klublar arasında "Milan", “Beşiktaş”, “Əl-Hilal”, "Monako", “Deportivo La Korunya”, “Mançester Yunayted” və “Çelsi” var.
Keçən mövsüm Mark Kasado 34 oyun keçirib və 1 məhsuldar ötürmə edib. O, əvvəllər İspaniya millisinə də çağırılıb. Onun “Barselona” ilə hazırkı müqaviləsi 30 iyun 2028-ci ildə başa çatır.