Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
“Barselona” yay transfer pəncərəsində müdafiənin cinahında da oynaya bilən solaxay mərkəz müdafiəçisi axtarıb.
Lent.az xəbər verir ki, Kataloniya klubunun əsas transfer hədəfi “Mançester Siti”nin xorvatiyalı müdafiəçisi Yoşko Qvardiol olub.
Məlumata görə, lakin xorvatiyalı futbolçu Mançesterdə qalmağa üstünlük verib və klubu ilə müqaviləsini 2031-ci ilə qədər uzadıb. Digər namizəd “İnter”in müdafiəçisi Alessandro Bastoni olub. Ancaq “Barselona”nın baş məşqçisi Hans-Diter Flik onun transferinin məqsədəuyğunluğuna tam əmin olmayıb.
Kataloniya təmsilçisi Niko Şlotterbek, İbraima Konate, Markos Senesi və Mikki van de Venin də transfer imkanlarını nəzərdən keçirib. Lakin bu futbolçuların heç biri klubun axtardığı müdafiəçi profilinə tam uyğun gəlməyib.
İyul ayında, dünya çempionatının gedişində “Barselona”ya Emerik Laportun transferi təklif olunub. Ancaq klub dünya çempionatının qısamüddətli turnir olduğunu nəzərə alaraq, futbolçunun oradakı çıxışına əsasən qərar vermək istəməyib.
“Barselona” həmçinin “Tvente”nin müdafiəçisi Rud Neyştadı heyətinə qatmaq istəyib. Lakin Niderland klubu futbolçu üçün həddindən artıq yüksək transfer məbləği tələb edib.