Barselona cari ildə ilk dəfə məğlub olub

16.04.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Borussiya”nın qonağı olan “Barselona” bu il ilk dəfə məğlubiyyətlə üzləşib.

Apasport.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park” stadionunda keçirilən qarşılaşma alman təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu görüşədək 2025-ci ildə 20 qələbə və 4 heç-heçə ilə irəliləyən Kataloniya klubu üçün bu, ilk məğlubiyyət olub.

Qeyd edək ki, “Barselona” ilk oyunda “Borussiya”nı 4:0 hesabı ilə məğlub etmişdi və iki oyunun nəticəsinə əsasən ümumi hesabda 5:3 üstünlük qazanaraq yarımfinala vəsiqə qazanıb.

Neymarın klubunda baş məşqçi istefası Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью