Barselona çempionluğu rəsmiləşdirdi

16.05.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

İspaniya La Liqasında 2024/25 mövsümünün çempionu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu, "Barselona" olub. 

Kataloniya təmsilçisi La Liqanın 36-cı turunda "Espanyol"a 2:0 hesabı ilə qalib gəlib. Bununla da Hans Diter-Flikin komandası sona 2 tur qalmış xallarının sayını 85-ə çatdırıb və ən yaxın izləyicisi "Real"ı 7 xal qabaqlayıb. 

Bu, "Barselona" tarixində 28-ci ölkə çempionluğudur.

La Liqa, 36-cı tur

"Espanyol" - "Barselona" - 0:2

Qollar: Yamal, 53, Lopez, 90+5

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью