Barselona çətin transferə girişdi

05.10.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Tottenhem"in müdafiəçisi Pedro Porro "Barselona"ya keçmək istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Football365" yayıb.

Mənbənin məlumatına görə, 27 yaşlı futbolçu qış transfer pəncərəsində London klubundan ayrılaraq Kataloniya təmsilçisinə qoşulmağa üstünlük verir. Porronun əsas hədəfinin "Barselona" olduğu qeyd olunur.

Futbolçunun bu qərarında "Tottenhem"in baş məşqçisi Roberto De Zerbi ilə münasibətlərinin əsas rol oynadığı iddia edilir. Onlar arasında son dönəmdə bir neçə dəfə gərginlik yaşandığı söylənilir.

Porro 2026-cı ilin iyununda "Tottenhem"lə müqaviləsini yeniləyib. Yeni sözləşmə 2031-ci ilin yayına qədər qüvvədədir və daha bir il uzadılma variantını da ehtiva edir. Buna görə də "Barselona"nın transferi reallaşdırması asan olmayacaq.

Əlisahib İbrahimli

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью