Icma.az bildirir, Qol.az portalına istinadən.
"Barselona"da ciddi itki: 1 ay oynamayacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“Barselona”nın futbolçusu Pedri zədələnib.
QOL.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Slaviya" ilə görüşdə (4:2) sıradan çıxıb. O, oyuna davam edə bilməyib və 61-ci dəqiqədə Dani Olmo ilə əvəzlənib.
Pedri artıq tibbi müayinədən keçib. Klubun yaydığı məlumata görə, ispaniyalı futbolçunun bud əzləsində zədə aşkarlanıb. Onun təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, Pedri sözügedən görüşdə Femin Lopezin vurduğu qolun (42-ci dəqiqə) ötürməsini verib.
Xatırladaq ki, Pedri cari mövsüm 16 matça çıxıb, 2 qol vurub və 5 qol ötürməsi edib.