Barselona da ciddi itki

28.03.2026

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Barselona"nın futbolçusu Rafinya bir aydan çox müddətə sıradan çıxıb.

Teleqraf xəbər verir ki, vinger Braziliya millisində olarkən budun arxa əzələsindən zədə alıb və klub artıq onun təxminən 5 həftə oynaya bilməyəcəyini açıqlayıb.

Bu səbəbdən o, "Atletiko"ya qarşı 3 oyunu (2-si Çempionlar Liqası, 1-i La Liqa), "Espanyol" ilə derbini, "Selta" və "Xetafe" ilə matçları buraxacaq.

Qeyd edək ki, braziliyalı futbolçunun mayın əvvəlində "Osasuna" ilə oyuna hazır ola biləcəyi ehtimal olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью