Barselona da Feliksə yer yoxdur

03.10.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

Portuqaliyalı hücumçu Joau Feliks gələn yay “Barselona”ya qayıtmaq arzusundadır.

Fanat.Az xəbər verir ki, məlumatı "Transfermarkt" yayıb.

Bildirilir ki, “Əl-Nəsr”də çıxış edən 26 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq. Feliks müqaviləsinin müddəti başa çatdıqdan sonra Avropaya qayıtmaq və yenidən UEFA Çempionlar Liqasında oynamaq istəyir.

Futbolçunun əsas arzusu isə "Barselona"ya qayıtmaqdır. Feliks 2023/24 mövsümündə Kataloniya klubunda icarə əsasında çıxış edib və həmin mövsümdə 10 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bununla belə, İspaniya mətbuatında yayılan son məlumatlara görə, hazırda "Barselona"nın heyətində Feliks üçün yer yoxdur. İspaniyalı jurnalist Matteo Moretto da futbolçunun kluba qayıtmaq istədiyini, lakin hazırda bununla bağlı konkret danışıqların olmadığını bildirib.

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью