Barselona dakı gələcəyi bəlli oldu

30.05.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Barselona"dakı gələcəyi bəlli oldu

"Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Mark Bernalın klubdakı gələcəyi məlum olub.

QOL.az xəbər verir ki, "Diario SPORT" nəşrinin məlumatına görə, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik heyətdə Qavi, Pedri və Frenki de Yonq kimi ulduzların olmasına baxmayaraq Bernala tam güvənir. Almaniyalı mütəxəssisin gənc oyunçuya olan böyük etimadı onun İspaniya çempionatının son üç oyununa start heyətində çıxması ilə də təsdiqlənib.

Məlumata görə, istedadlı yarımmüdafiəçi geridə qalan mövsümdə ümumilikdə 33 matçda meydana çıxaraq 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, Bernalın "Barselona" ilə hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью