Barselona dan Aston Villa ya

19.05.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ferran Torres Premyer Liqaya qayıda bilər.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Barselona”nın hücumçusuna “Aston Villa”dan təklif gəlib.

25 yaşlı forvard Birmingem klubuna keçməyə razılıq verib. İngiltərə klubu Ferran üçün 50 milyon avro ödəməlidir.

İspan bu mövsüm 45 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə edib.

O, karyerası ərzində “Valensiya” və “Mançester Siti”də çıxış edib. Torres 2027-ci il iyunun 30-na qədər “Barselona”ya məxsusdur.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью