Barselona dan daha bir müqavilə

25.01.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Barselona" futbolçusu Pedri ilə yeni müqavilə imzalayır. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Tərəflər arasında artıq şifahi razılıq əldə edilib. Son detallar 22 yaşlı ispaniyalı yarımmüdafiəçinin agenti ilə yaxın zamanda həll olunacaq.

Qeyd edək ki, Pedri bu mövsüm "Barselona"nın heyətində 31 oyuna çıxaraq 4 qol vurub və 4 qolun ötürməsini edib. Onun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. 

Xatırladaq ki, daha öncə "Barselona" futbolçusu Ronald Arauxo ilə müqavilə müddətini uzatmışdı. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью