Barselona dan Əl Hilal a keçə bilər

04.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Barselona"dan Əl-Hilal"a keçə bilər

"Barselona"nın 22 yaşlı yarımmüdafiəçisi Mark Kasado karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

QOL.az xəbər verir ki, "Marca"nın məlumatına görə, "Əl-Hilal" ispaniyalı futbolçunun transferi üçün hərəkətə keçib. Bildirilir ki, "Barselona" transfer baş tutacağı təqdirdə bonuslarla birlikdə təxminən 30 milyon avro gəlir əldə edə bilər.

Məlumata görə, Kataloniya klubu iyulun 13-də başlayacaq yay toplanışına qədər keçidi rəsmiləşdirməyə çalışır.

Qeyd edək ki, "Barselona" akademiyasının yetirməsi olan Kasado ötən mövsüm 34 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью