Barselona dan gözlənilməz 100 milyonluq həmlə

01.04.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Barselona"nın hücum xəttini gücləndirmək planları transfer bazarını hərəkətə gətirib.

Fanat.Az xəbər verir ki, Portuqaliyanın nüfuzlu "RECORD" nəşrinin yaydığı məlumata görə, Kataloniya klubu "Benfika"nın gənc vingeri Andreas Şelderupu hədəfə alıb.

"Göy-qırmızılılar" bu addımı Markus Reşfordun transferini tamamlaya bilməyəcəkləri təqdirdə B planı kimi nəzərdən keçirirlər.

Şelderupun müqaviləsində 100 milyon avroluq sərbəstqalma bəndi var və bu, transferin maliyyə tərəfini çətinləşdirir.

Buna baxmayaraq, "Benfika" norveçli futbolçuya olan marağın fərqindədir və yay transfer pəncərəsində təklifləri dəyərləndirməyə hazırdır. Şelderupun Norveç millisindəki performansı və inkişaf potensialı "Barselona"nın diqqətini çəkən əsas amillərdir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью