Barselona dan Levandovski açıqlaması

08.08.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona"nın heyətində ciddi itki baş verib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Robert Levandovski sıradan çıxıb. 

Polşalı forvard məşq zamanı sol ayaq əzələsindən zədə alıb. 36 yaşlı futbolçunun avqustun 10-da "Joan Qamper" kubokunun "Komo" (İtaliya) ilə oyununda iştirak edə bilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, Polşa millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 52 rəsmi matçda 42 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью