Barselona dan Reşfordla danışıqlarda növbəti addım

21.01.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona"nın idman direktoru Deku "Mançester Yunayed"in futbolçusu Markus Reşfordun təmsilçiləri ilə görüşəcəklər. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Görüş bu gün Lisabonda keçəcək. Kataloniya klubu ingiltərəli hücumçunu transfer etməkdə israrlıdır. Lakin bunun gerçəkləşməsi komandanı tərk edəcək oyunçulardan və maliyyə feyr-pley qaydalarından asılı olacaq. 

Hazırda "Barselona"nın iki futbolçusu - Erik Qarsiya və Ansu Fati klubu tərk etməyə yaxındırlar. 

Qeyd olunur ki, Dortmund "Borussiya"sı da həmçinin Markus Reşfordu hədəfləyib. Futblçunun "Mançester Yunayted"də qalma ehtimalının olduğu da bildirilir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью