Barselona dan Robert Levandovski qərarı

12.10.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Barselona" mövsümün sonunda klubla müqaviləsi başa tan Robert Levandovski ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İspaniya çempionu polşalı hücumçu ilə yola davam etməyi düşünmür. Bu barədə "Sport" nəşri məlumat yayıb.

La Liqa nəhəngi Levandovskiyə yeni sözləşmə təklif etməyəcək. Səudiyyə Ərəbistanı klublarının transfer siyahısında yer alan 37 yaşlı forvard karyerasını Avropada davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Borussiya"dan 45 milyon avroya transfer edib. Polşa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 4 qol vurub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью