Barselona dan təklif aldı, İnter lə danışıqları yekunlaşdırdı

29.07.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Tottenhem”in mərkəz müdafiəçisi Kristian Romero karyerasını “Barselona”da davam etdirmək istədiyi üçün “İnter”lə danışıqları dayandırıb. 

Sportal.az “The Touchline” portalına istinadən xəbər verir ki, argentinalı Kataloniya klubunu ən cəlbedici variant kimi nəzərdən keçirir.

Romeronun agentləri də yay transfer pəncərəsi yaxınlaşdıqca "Barselona"nın müdafiəçini transfer etmək üçün ciddi addım ata biləcəyinə əmindirlər. Ona görə də "İnter" artıq argentinalının nümayəndələri ilə əlaqə saxlayıb mümkün müqaviləni müzakirə etsə də, müdafiəçi Milan klubuna keçmək istəmədiyini bildirib. 

Kristian Romeronun "Tottenhem"lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. 28 yaşlı müdafiəçinin dəyəri 50 milyon avrodur.
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью