Barselona dan türk futbolçu üçün 50 milyon avroluq təklif

04.04.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Yuventus"un gənc ulduzu Kenan Yıldızın transferi ilə bağlı yeni iddialar gündəmə gəlib. 

Qaynarinfo xəbər verir ki, İtaliya klubunda 10 nömrəli formanı geyinən və gələcəyin əsas oyunçularından biri kimi göstərilən futbolçu Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.

İspaniyanın "El Nacional" nəşrinin məlumatına görə, "Barselona" Kenan Yıldızı transfer etmək üçün "Yuventus"a rəsmi təklif göndərməyə hazırlaşır.

Xəbərdə Kataloniya klubunun bu transfer üçün 50 milyon avro büdcə ayırdığı bildirilir. Lakin "Yuventus"un futbolçusunu bu məbləğə buraxmaq istəmədiyi və daha yüksək təzminat tələb etdiyi iddia edilir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью