Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Barselona" futbolçusu Ronald Arauxo ilə yeni müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kataloniya klubu müdafiəçisi ilə 2031-ci ilin yayına qədər razılaşma imzalayıb. 25 yaşlı uruqvaylı futbolçunun əvvəlki müqaviləsi 2026-cı ilə qədər idi.
Qeyd edək ki, daha öncə mətbuatda Ronald Arauxonun "Yuventus"dan təklif aldığı ilə bağlı xəbərlər yayılmışdı, lakin futbolçu bu keçiddən imtina edib.