Barselona dan yeni rekord 9 cu dəfə

16.05.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona" 9-cu dəfə eyni mövsümdə La Liqa və Kral Kubokunu qazanıb.

Apasport.az xəbər verir ki, ötən gün Hans-Diter Flikin komandası XXXVI turda "Espanyol"u 2:0 hesabı ilə məğlub edərək liqa çempionluğunu təmin edib.

Aprelin sonunda “mavi qranatlılar” finalda “Real Madrid”ə qalib gələrək (3:2) İspaniya kubokunun qalibi olmuşdular.

Beləliklə, "Barsa" 9-cu dəfə dubla imza atıb. Bu, tarixin ən yaxşı nəticəsidir.

"Barselona"nın əvvəlki dublu 2017/18 mövsümünə təsadüf edir.

Qeyd edək ki, "Real Madrid" 1988/89 mövsümündən bu yana çox uzun müddətdir ki, bu uğura nail ola bilmir.

Millimizin üzvü oynadı, komandası yarımfinala yüksəldi “Fulhem” 3 futbolçusu ilə müqavilə yeniləyib - RƏSMİ Konseysaonun gələcəyi müəyyənləşdi - Komandadan göndəriləcək Alba daha 2 il “İnter Mayami”də - RƏSMİ Premyer Liqa: Mövsümün ən yaxşı baş məşqçisi üzrə namizədlər açıqlanıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью