Barselona danışıqlarda irəlilədi

31.05.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Barselona" "Espanyol"un qapıçısı Xoan Qarsiya ilə danışıqlarda irəliləyib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Katalonlar 24 yaşlı oyunçu ilə uzunmüddətli müqavilə imzalamaq niyyətindədirlər. Klub ispaniyalı qapıçı ilə razılığa gələcəyinə əmindir. 

Bildirilir ki, "Barselona" Qarsiya ilə danışıqları tez bir zamanda yekunlaşdırmaq istəyir. Buna səbəb futbolçuya İngiltərə Premyer Liqasından təkliflərin olmasıdır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью