Barselona darmadağınla qalib gəlməkdə davam edir

10.02.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın "Barselona" futbol klubu La Liqada son 10 ilin ən məhsuldar mövsümünü keçirir.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, 23-cü turda "Sevilya"nı 4:1 hesabı ilə məğlub edən Kataloniya təmsilçisi rəqiblərin qapısına 64 dəfə yol tapıb.

Bu, 2014/2015 mövsümündən bəri klubun ən yaxşı göstəricisidir. 10 il əvvəl "Barselona" 23 turdan sonra 67 dəfə fərqlənmişdi. 2014/2015 mövsümündə komanda La Liqada ümumilikdə 94 xal toplamış və rəqib qapılarına 110 qol vurmuşdu.

Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 48 xalla üçüncü pillədə qərarlaşıb. "Real Madrid" 50 xalla birinci, "Atletiko Madird" isə 49 xalla ikincidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью