Barselona De Yonqla yollarını ayırır

23.12.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın "Barselona" komandası futbolçusu Frenki de Yonq ilə yollarını ayırmağı hazırlaşır.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı yarımmüdafiəçi ilə yaxın vaxtlarda vidalaşa bilər. Klub rəhbərliyi 27 yaşlı oyunçunun çıxışından razı deyil.

Futbolçunun İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, Frenki de Yonq bu mövsüm “Barselona” forması ilə 13 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью