“Barselona” de Yonqu sata bilər

29.11.2024

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Maliyyə problemləri “Barselona”nı yarımmüdafiəçi Frenki de Yonqu satmaq imkanını nəzərdən keçirməyə vadar edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hollandiyalı futbolçu ilə "Liverpul" maraqlanır.

Mersisaydlılar 27 yaşlı de Yonqu komandanın yarımmüdafiəsini ciddi şəkildə gücləndirməyə qadir futbolçu hesab edirlər.

De Yonqun "Barselona" ilə hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna qədərdir.

"Transfermarkt" portalının mütəxəssisləri hollandiyalıya 60 milyon avro qiymət qoyub.

Bu mövsüm Frenkie de Yonq "Barselona"nın heyətində 9 oyun keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью