Barselona Dokereşə görə bu oyunçuları ilə ayrılmağa hazırdır

21.04.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

"Barselona" yeni hücumçu almaq və hücumu gücləndirmək üçün rotasiya oyunçusunu satmağı düşünür. 

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, kataloniyalıların maraq dairəsində olan "Sportinq"in futbolçusu Viktor Dokereş yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Bildirilir ki, qiyməti cəlbedici göründüyü üçün 26 yaşlı futbolçu ilə "Barselona" maraqlanır. Portuqaliya klubu Dokereşə 65 milyon avro qiymət qoyub.

Bu transferi maliyyələşdirmək üçün "Barselona" Ronald Arauxonu 60 milyon avroya sata bilər və ya Ferran Torresi 40 milyon avroya satmaq alternativini seçə bilər.

Bu mövsüm Dokereş 46 oyunda 47 qol vurub və 11 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью