Barselona dünya çempionunu transfer etmək istəyir

30.04.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Atletiko"nun hücumçusu Xulian Alvares La Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" argentinalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Kataloniya klubu yayda 25 yaşlı forvard üçün təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Atletiko" Xulian Alvaresi mövsümün əvvəlində "Mançester Siti"dən transfer edib. Argentina millisi ilə dünya çempionu olmuş futbolçu Madrid təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 27 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью