Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Barselona" ekvadorlu istedadı transfer etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
"Barselona" növbəti transferini reallaşdırıb.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Ekvadorun "LDU Kito" klubunun 18 yaşlı futbolçusu Xosue Kaysedonu icarəyə götürüb.
Müqavilədə futbolçunun transfer hüququnun 2,5 milyon avroya alınmasını nəzərdə tutan bənd yer alıb. Həmçinin Kaysedo əsas komandanın heyətində müəyyən sayda rəsmi oyuna çıxacağı təqdirdə bu bənd məcburi qüvvəyə minəcək.
Qeyd edək ki, Xosue Kaysedo LDU-nun yetirməsidir. O, sürəti, hücumameyilli oyunu və universal xüsusiyyətləri ilə diqqət çəkir. Futbolçuya Avropanın bir neçə klubu maraq göstərsə də, transfer yarışında qalib "Barselona" olub.