Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Barselona" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, La Liqa nəhənginin əsas hədəfi "Arsenal"da çıxış edən Pyero İnkapyedir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
"Barselona" ekvadorlu futbolçunu yanvarda transfer etmək istəyir. Kataloniya təmsilçisinin idman direktoru Deku artıq 24 yaşlı mərkəz müdafiəçisinin nümayəndələri ilə ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, "Arsenal" Pyero İnkapyeni 2025-ci ilin sentyabrında "Bayer"dən 40 milyon avroya transfer edib. Ekvador millisinin üzvü cari mövsümdə "topçular"ın heyətində 7 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi