“Barselona” “El Klasiko”dan rekord gəlir əldə edib

31.10.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib

İspaniya La Liqasının 10-cu turunda keçirilən “Barselona” – “Real” (1:2) qarşılaşması Kataloniya klubunun ev stadionu “Kamp Nou”nun tarixində ən çox gəlir gətirən oyun olub.

QOL.az xəbər verir ki, bu barədə “Diari Ara” nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi yalnız bilet satışından 19,1 milyon avro qazanıb. Bundan başqa, həftəsonu ərzində klubun rəsmi mağazasının satışlarından əldə etdiyi gəlir 1,5 milyon avro təşkil edib.

“Barselona” “El-Klasiko” ərəfəsində ilk bilet partiyasını satışa çıxarıb. Bu biletlər yalnız klub üzvləri üçün nəzərdə tutulub. “Real”la matçın biletlərinin qiyməti minimum 315 avro olub. Klub üzvlərinə isə 5 faiz endirim tətbiq edilib.

İlk bilet partiyası dərhal satıldıqdan sonra biletlər geniş ictimaiyyət üçün də satışa çıxarılıb. Bu mərhələdə ən ucuz biletlərin qiyməti 1000 avrodan baha olub. Həmin biletlər də qısa müddətdə tükənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью