“Barselona” El Klasikoya xüsusi formalarla çıxacaq

15.10.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 15 oktyabr, AZƏRTAC

“Barselona” klubu oktyabrın 26-da La Liqada “Real Madrid”lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formada çıxış edəcək.

AZƏRTAC ESPN nəşrinə istinadən xəbər verir ki, xüsusi dizaynlı formada “Spotify” emblemi GOLF WANG brendinin loqosu ilə əvəzlənəcək. Bu, “Barselona” ilə “Spotify” arasında sponsorluq müqaviləsi çərçivəsində klubun formasında sənətçi brendinin doqquzuncu dəfə təqdim olunmasıdır.

Sözügedən forma oktyabrın 24-də “Barselona”nın qadınlardan ibarət komandasının “Qranada” ilə oyununda da istifadə ediləcək. Klubun yaranma tarixinə — 1899-cu ilə istinad olaraq, satışa məhdud sayda, cəmi 1899 ədəd forma çıxarılacaq.

GOLF loqosu Tayler tərəfindən 2011-ci ildə yaradılmış küçə geyimləri və moda brendi GOLF WANG-a məxsusdur. Tərəfdaşlıq çərçivəsində xüsusi kolleksiya da təqdim ediləcək.

Xatırladaq ki, El-Klasiko oktyabrın 26-da keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью