Barselona əlavə vaxtda Real Madrid i məğlub edərək İspaniya Kral Kubokunun qalibi olub

27.04.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

Futbol üzrə İspaniya Kral Kubokunun qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Sevilya şəhərində keçirilən final oyununda "El-Klasiko” baş tutub. "Barselona" və "Real Madrid" komandalarının üz-üzə gəldiyi matç gərgin və bol qollu keçib. Görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılıb. Burada isə daha bir top vuran Kataloniya klubu İspaniya Kral Kubokunun qalibi olub - 3:2. Bununla da "Barselona" 32-ci dəfə İspaniya Kral Kubokuna sahib çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью