Barselona əlavə vaxtdakı penalti ilə qalib gəldi

19.04.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniya çempionatının 32-ci turunda lider "Barselona" "Selta Viqo"nu qəbul edib.

"Unikal" xəbər verir ki, matç ev sahiblərinin qələbəsi ilə başa çatıb - 4:3. 

Almaniyalı Hans-Diter Flikin rəhbərlik etdiyi komandada ispan hücumçu Ferran Torres, ispan yarımmüdafiəçi Dani Olmo və dubl edən braziliyalı cinah oyunçusu Rafinya fərqlənib. O, əlavə vaxtda penaltidən qələbə qolunu vurub.

İspaniyalı hücumçu Borxa İqlesias "Selta"nın heyətində het-trik edib.

Turnir cədvəlinə "Barselona" 73 xalla başçılıq edir, "Selta" 43 xalla 7-ci yerdədir.

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью