Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
“Barselona” ilə bağlı maraqlı iddia ortaya atılıb. İspaniya nəhəngi satışa çıxarıla bilər.
"Football-plus.az" xəbər verir ki, artıq Kataloniya klubunun yeni mümkün sahibinin adı da hallanır.
İspaniyalı jurnalist Fransua Qalyardonun yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman “Barselona”nı satın almaq variantını nəzərdən keçirir. Deyilənə görə, mümkün anlaşmanın dəyəri təxminən 10 milyard avroya bərabərdi. Bu sövdələşmə baş tutacağı halda “Barselona”nın hazırda təxminən 2,5 milyard avroya bərabər olan borcunun tam şəkildə ödənilməsi reallaşa bilər.
Qeyd edək ki, klub rəhbərliyi son illər maliyyə çətinliklərinin bir qismini aradan qaldıra bilib. Buna baxmayaraq, “Barselona”nın borcu hələ də normadan qat-qat artıqdı.