Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniya nəhəngi "Barselona" heyətini gücləndirməyə hazırlaşır.
Fanat.Az "Football Insider" portalına istinadən xəbər verir ki, Kataloniya klubu "Mançester Siti"nin 26 yaşlı norveçli hücumçusu Erlinq Holann üçün növbəti il üçün təklif hazırlamağı düşünür.
Norveçli ulduzun İngiltərə klubu ilə 2034-cü ilə qədər müqaviləsi olsa da, "Barselona" rəhbərliyi bu transferi reallaşdırmaq fürsətini gözləyir.
Dünyanın bütün klublarının heyətində görmək istədiyi forvardın gələcək taleyi futbol ictimaiyyətinin diqqət mərkəzindədir.