Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Barselona”nın La Liqada ilk ev oyununu keçirəcəyi arena açıqlanıb.
Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi “Valensiya”nı “Yohan Kroyf” adına stadionda qəbul edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La Liqanın 4-cü turu çərçivəsində keçiriləcək görüş 14 sentyabrda olacaq. “Yohan Kroyff” arenanın tutumu 6 min nəfərlikdir.
“Barselona”nın ev oyunlarını keçirdiyi “Kamp Nou” təmirdədir.