Barselona Fabreqasın komandasını darmadağın etdi VİDEO

11.08.2025

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Joan Qamper kubokunun qalibi bəlli olub.

Adalet.az xəbər verir ki, həlledici oyunda "Barselona" İtaliyanın "Komo" klubu ilə qarşılaşıb.

Kataloniyalılar sabiq "Barselona"lı Sesk Fabreqasın baş məşqçisi olduğu kluba qarşı 5:0 hesablı qələbəyə sevinib.

Komandanın heyətində Fermin Lopes və Lamin Yamal dubl ediblər. Digər qola isə Rafinya imza atıb.

Joan Qamper kuboku
10 avqust

23:00. "Barselona" (İspaniya) - "Komo" (İtaliya) 5:0

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью