Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniya nəhəngi "Barselona" gənc istedadı Fermin Lopezi heyətdə saxlamaq üçün qətiyyətli addımlar atır.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu digər komandaların maraq dairəsində olan 22 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etməyə hazırlaşır.
Klub rəhbərliyi hazırkı sözləşməsi 2029-cu ildə başa çatacaq ispaniyalı futbolçunun maaşını artırmaqla yanaşı, müqavilə müddətini daha 2 il uzatmağı planlaşdırır.
Qeyd edək ki, yay transfer pəncərəsində İngiltərənin "Çelsi" klubu Lopez üçün 40 milyon avroluq təklif irəli sürsə də, kataloniyalılar bu müraciəti ciddi qəbul etməyərək rədd etmişdilər.
Kamil Xudiyev