Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesə İngiltərə Premyer Liqasının 4 klubundan transfer təklifi gəlib.
QOL.az xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb. 23 yaşlı futbolçuya ən böyük marağı “Çelsi” və “Mançester Yunayted” göstərir.
Məlumata görə, London klubu hələ yayda Fermin üçün 70 milyon avro təklif edib. Lakin Kataloniya təmsilçisi bu məbləği yetərli hesab etməyərək təklifə cavab verməyib. İndi isə kluba 100 milyon avro məbləğində təkliflər daxil olub.
Futbolçunun özü isə ona göstərilən marağa biganədir və “Barselona”da qalmaq niyyətindədir.
Qeyd edək ki, Ferminin klubla müqaviləsi 2031-ci ilin yayına qədərdir. Sözləşmədə onun 500 milyon avroya sərbəstqalma maddəsi də var. “Barselona” rəhbərliyi müqavilənin şərtlərini yeniləmək üçün futbolçunun nümayəndələri ilə görüşməyi planlaşdırır.