“Barselona” Ferminin qiymətini müəyyənləşdirdi

29.10.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes karyerasını başqa klubda davam etdirə bilər.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı futbolçu üçün gələn transfer təkliflərini nəzərdən keçirir.

“CaughtOffside” nəşrinin məlumatına görə, “Barselona” İspaniya millisinin üzvünü satmağı planlaşdırmasa da, maliyyə problemləri səbəbindən 100 milyon avro qarşılığında onunla yollarını ayırmağa hazırdır.

Futbolçu ilə “Çelsi” və PSJ maraqlanır. Paris təmsilçisi artıq rəsmi təklif hazırlayır.

Qeyd edək ki, Lopes 2025-ci ilin yayında “Çelsi”yə keçməkdən imtina edib. O, bu ilin fevralında “Barselona” ilə müqaviləsini 2031-ci ilə qədər uzadıb.

2023-cü ildən Kataloniya klubunun əsas komandasında çıxış edən yarımmüdafiəçi 148 matçda 37 qol vurub və 32 məhsuldar ötürmə edib.

İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı “Qalatasaray”ın futbolçusu milli karyerasını başa vurdu La Liqa klubunda yeni təyinat - RƏSMİ Ronaldo Messini geridə qoydu – TARİXƏ DÜŞDÜ Futbolda qeyri-adi hadisə: Bir komanda 30 dəqiqə fərqlə iki oyuna çıxacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью