Barselona FİFA dan 2 milyon avro təzminat ala bilər

20.07.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yarımmüdafiəçi Frenki de Yonqun DÇ-2026-da Niderland millisində oynayarkən aldığı zədə səbəbindən "Barselona" FİFA-dan təzminat alacaq. Sport24.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

Futbolçu mundialdan zədəli qayıdıb. İlkin xəbərlərə görə, futbolçu 4-6 ay yaşıl meydanlardan kənarda qalacaq.

Ödəniş FİFA-nın Klubların Müdafiəsi Proqramı çərçivəsində həyata keçiriləcək. Bu proqram, oyunçunun milli komandada oynayarkən zədələndiyi halda işə düşür və sağalması 28 gündən çox çəkdiyi hallarda kompensasiya verilir.

Zədələnmiş futbolçu üçün maksimum ödəniş hər oyunçu üçün 7,5 milyon avrodur. Təzminat oyunçunun sabit əmək haqqından hesablanır və hər gün üçün 20.548 avro təşkil edir. 

Mənbənin məlumatına görə, əgər de Yonq həqiqətən dörd-altı ay oynaya bilməsə, "Barselona" FİFA-dan ən azı 2 milyon avro alacaq. Son məbləğ 29 yaşlı yarımmüdafiəçinin diaqnozundan və sağalma müddətindən asılı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью