“Barselona” Flikə əvəzləyici axtarır

28.11.2025

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Barselona” baş məşqçisi Hansi Fliklə mövsümün sonunda yollarını ayırmağı düşünür.

Futbolpress.az xəbər verir ki, bu barədə “El Chiringuito” nəşri məlumat yayıb. Flikin futbolçularla münasibəsi korlanıb. Vəziyyət belə davam etsə, mövsümün sonunda onunla yollar ayrılacaq.

Klub rəhbəri Xoan Laporta və idman direktoru Deku artıq bir neçə namizəd haqda düşünməyə başlayıb. Əsas iddiaçılar “Komo”dan Sesk Fabreqas və PSJ-dən Luis Enrikedir.

“Barselona” La Liqada 13 turdan sonra 31 xalla 2-ci sıradadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью