Barselona Fliklə razılığa gəldi

23.04.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Barselona" baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə imzalayacaq. 

QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. 

Almaniyalı mütəxəssislə imzalancaq yeni sözləşmə 2027-ci ilin yayına qədər qüvvədə olacaq. Tərəflər razılığı hazırkı mövsümün sonunda rəsmiləşdirəcək. 

Qeyd edək ki, Hans-Diter Flik "Barselona"ya ötən ilin yayında təyin olunub. Bu müddət ərzində Kataloniya klubu İspaniya Superkubokunun qalibi olub. 60 yaşlı məşqçinin hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью