Barselona futbolçusu ilə bağlı atdığı addımı ictimaiyyətə açıqladı

13.03.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Barselona" futbolçusu İnyiqo Martineslə bağlı atdığı addımı ictimaiyyətə açıqlayıb.

Fanat.Az Kataloniya klubunun mətbuat xidmətində istinadən xəbər verir ki, 33 yaşlı mərkəz müdafiəçisi ilə müqavilə yenilənib.

Arxa xətt oyunçusu müddəti 2026-cı ilin yayına qədər nərdə tutulan anlaşmaya qol çəkib.

Qeyd edək ki, İspaniya millisinə də çağırılan Martines 2023-cü ilin yayından "Barselona"da çıxış edir. Sözügedən futbolçu bu mövsüm "blauqrana"nın forması ilə 33 matça çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью