“Barselona” futbolçusunu 70 milyon avrodan aşağı məbləğə satmayacaq AZƏRTAC

11.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 yanvar, AZƏRTAC

İspaniyanın “Barselona” komandası qış transfer dövründə futbolçusu Ronald Arauxonu buraxmaq fikrində deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, İtaliyanın "Yuventus" komandası uruqvaylı müdafiəçiyə təklif göndərsə də, müsbət cavab almayıb. Kataloniya təmsilçisi R.Arauxonu 70 milyon avrodan aşağı qiymətə satmayacaq.

Qeyd edək ki, Uruqvay millisinin üzvü zədə səbəbindən bu mövsüm heç bir oyunda meydana çıxmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью