“Barselona” futbolçusunu ingilislərə təklif etdi

04.07.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Barselona” futbolçusu Jul Kundeni “Mançester Yunayted”ə təklif edib.

Futbolpress.az xəbər verir ki, bu barədə “TEAMtalk” portalı məlumat yayıb. Kataloniya təmsilçisi fransalı müdafiəçini 50 milyon funt-sterlinq qarşılığında satmağa hazır olduğunu bildirib.

“Qırmızı şeytanlar” bir müddətdir, müdafiəçi axtarışındadır. Lakin Kunde klub üçün prioritet hədəf deyil.

Futbolçu hazırda Fransa yığması ilə dünya çempionatında iştirak edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью