Barselona futbolçusunu sata bilər

23.12.2024

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Betis"də icarə əsasında çıxış edən "Barselona"nın hücumçusu Vitor Roque vətəninə qayıda bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Palmeyras" 19 yaşlı futbolçunu almaqda maraqlıdır.

Braziliya A Seriya klubu Roque üçün təxminən 20 milyon avro ödəməyə hazırdır.

 Vitor Roque "Betis"də 23 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Hücumçunun "Barselona" ilə müqaviləsi 2031-ci ilə qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью