Barselona futbolçusunun müqaviləsini yenilədi

24.01.2025

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın "Barselona" klubu futbolçusu Jerar Martinlə yeni müqavilə bağlayıb.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, kataloniyalılar 22 yaşlı müdafiəçi ilə 2028-ci ilə qədər sözləşmə imzalayıb.

İspaniyalı futbolçu cari mövsüm ərzində meydana çıxdığı 18 oyunda 2 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Jerar Martin "Barselona"nın əsas komandasında bu mövsüm debüt edib. O, 2023-cü ildən Kataloniya klubunun sistemindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью