Barselona gələn həftə yeni qapıçı alır | Icma.az
Icma.az bildirir, Lent az saytına əsaslanaraq. "Barselona" "Espanyol"un qapıçısı Joan Qarsiya ilə müqavilə imzalayıb.
Lent.az xəbər verir ki, 24 yaşlı ispaniyalı 25 milyon avroya Hansi Flikin komandasına keçəcək.
Transferin gələn həftə rəsmən açıqlanacağı gözlənilir. Qarsiya ilə "Nyukasl"ın da maraqlandığı barədə əvvəllər məlumat var idi.
Lakin qapıçı "Barselona"nın təklifinin idman və maliyyə baxımından ən yaxşısı olduğuna qərar verib. Xatırladaq ki, Qarsiyanın 24 yaşı var.
Ötən mövsüm qapıçı bütün turnirlərdə 38 oyunda iştirak edib, 51 qol buraxıb. Qarsiya səkkiz dəfə qapısını təmiz saxlayıb.
O, son Primera mövsümündə seyvlərin sayına görə birinci yeri tutub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu